Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı açıqlama

14:50 08.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan iqtisadiyyatının bərpası sürətlə davam edir".

 

Hafta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

"Bu ilin yanvar-may aylarında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln dollar təşkil edib. 5 ayda ümumi ixracın dəyəri isə illik müqayisədə 14,6% artıb", - deyə o, qeyd edib.